HAQQIMIZDA

“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyi (SNT İB)26.12.2007-ci ildə təsis olunan, qeydiyyat nömrəsi   1107-Q20-2479 olan səhiyyə yönümlü təşkilatdır. Fəaliyyət predmeti və məqsədi əhalinin sağlamlığının qorunmasına kömək etməkdir. SNT İB-in sədri  dr.Habil Hüseynovdur.

Əsas məqsədi əhalinin sağlamlığının qorunmasına kömək etməkdən ibarət olan SNT İB-in məqsəd və vəzifələri  aşağıdakı kimidir:

  • həkimlərin və tibb işçilərinin elmi praktik səviyyələrinin artırılmasına kömək göstərmək;
  • tibb elminin inkişafında və səhiyyə xidmətinin təkmilləşdirilməsində köməklik etmək;
  • tibb elmindəki yeni nailiyyətlərin səhiyyə işçiləri və əhaliyə çatdırılması sahəsində maarifçilik işi aparmaq;
  • yoluxucu xəstəliklər və narkomaniya ilə mübarizədə kömək göstərmək;
  • regionlarda həkimlər və tibb işçiləri arasında əlaqələrin qurulmasına və (elmi və təcrübi) əməkdaşlığın inkişafına köməklik göstərmək.