“Xalq Sığorta” ASC-də Tibbi dispetçer vəzifəsi üzrə Vakansiya

0
131

“Xalq Sığorta” ASC-də Tibbi dispetçer vəzifəsi üzrə vakansiya elan edilir.
Namizədə tələblər
– Cinsi: Qadın
– Yaş həddi: 24-30
– Təhsili: Ali tibbi təhsili mütləqdir
– Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzuolunandır)
– Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
– Standart MS Office proqramlarında işləmə bacarıqları (Word, Excel, və s.)

Əsas vəzifə öhdəlikləri

– Sığorta olunanların müraciətlərinin texniki və tibbi qiymətləndirilməsini aparmaq
– Sığorta olunanların şikayətlərinə uyğun olaraq optimal tibbi xidmət alması üçün müvafiq tibb müəssisəsinə yönəltmək
– Sığorta olunanın tibb müəssisəsində keyfiyyətli tibbi xidmət almasının təşkil etmək
– Tibb müəssisələrinin Könüllü Tibbi Sığorta üzrə xidmət göstərilməsi haqqında müqavilə şərtlərinə riayət edib etməməyinə nəzarət etmək və qanunauyğunsuzluq aşkar etdikdə dərhal şöbə müdirinə məlumat vermək
– Tibb müəssisəsinə yönəldilən sığorta olunanın diaqnozu və həkim təyinatı əsasında sığorta hadisəsinin ilkin qiymətləndirilməsini həyata keçirmək
– Sığorta olunanların tibb müəssisələrinə müraciətinin koordinasiyası və uçotunu həyata keçirmək
– Tibbi göstərişlər əsasında sığorta olunanların hospitalizasiyasının təşkil etmək və stasionarda olan müddətdə onların vəziyyətinə nəzarət etmək
– Sığorta olunanlara tibb müəssisələrinə müraciət qaydası, eyni zamanda onların hüquq və öhdəlikləri haqqında tövsiyələr vermək
– Sığorta olunanlar apteklərə yaxınlaşdıqda dərmanların diaqnoza, təminata uyğunluğunu və limitinə nəzarəti həyata keçirmək

İş şərtləri

– İş vaxtı: həftə içi 5 gün / 09:00-dan 18:00 dək
– Şənbə və bazar – istirahət günləri

Xahiş olunur hazırlanmış CV formasını hr@xalqsigorta.az ünvanına göndərəsiniz.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin