Xarkov Milli Tibb Universitetinin tələbələri ATU-da təcrübə keçib

0
131

Xarkov Milli Tibb Universitetinin səkkiz tələbəsi Azərbaycan Tibb Universitetində (ATU) praktika keçib. Dörd tələbə stomatologiya fakültəsi üzrə, digər dördü isə müalicə işi üzrə ATU-nun Tədris Stomatoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarında praktikadan keçib.

Bu gün həmin tələbələrlə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayevin görüşü keçirilib. Görüş zamanı prorektor O.İsayev praktikada olan gənclərdən ATU klinikaları haqqında müsbət fikirlər aldığına görə sevindiyini bildirib: “Bir çox xarici ölkə universitetləri ilə sıx əlaqələr qururuq. Əməkdaşlığımızın əsas hissəsini tələbə mübadiləsi və praktikaları tutur. Sizlərdən təcrübə keçdiyiniz klinika və kafedralar haqqında müsbət fikir eşitmək sevindiricidir”.

Görüş zaman Xarkov Milli Tibb Universitetinin tələbələri ATU-nun klinikalarında özlərinə qarşı xoş rəftar və diqqətdən razılıq ediblər. Onlar təcrübə müddətində simulasiya mərkəzində, xəstələrlə təmaslarda yaxından iştirak etdiklərini bildiriblər.Tələbələr həmçinin gözəl Bakıda doyunca gəzdiklərini qeyd ediblər.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Müşfiq Orucov da iştirak edirdi. Görüşün sonunda tələbələr ATU rəsmiləri tərəfindən praktikada keçdikləri və aktiv iştirakları üçün seritifikata layiq görüldülər.


Warning: A non-numeric value encountered in /usr/www/users/presscqg/sntaz/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin