Ananın böyrəyi 20 yaşlı oğluna köçürülüb

0
44

Uşaq yaşlarından xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə uzun müddət hemodializ seansları qəbul etmək məcburiyyətində qalıb. Lakin o, həmin seansları kifayət qədər ağır keçirdiyindən və həyati göstəriciləri pisləşdiyindən təcili böyrək köçürülməsinə zərurət yaranıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, donorlar arasında yalnız xəstənin 60 yaşlı anasının böyrəyi ona uyğun gəlib. Ananın böyrəyinin anatomik quruluşunda problemlərin mövcud olsa da, əməliyyatın aparılmasına qərar verilib.

Mərkəzin urologiya və transplantologiya şöbəsində həkim-cərrah Rəşad Şolanın rəhbərlik etdiyi həkimlər briqadası 20 yaşlı xəstə üzərində əməliyyatı uğurla aparıb.

Köçürülmüş böyrək xəstə orqanizmi tərəfindən qəbul edilib və əməliyyatdan dərhal sonra fəaliyyət göstərməyə başlayıb. Bununla da gənc oğlan hemodializin yaratdığı çətinliklərdən qurtulub və onun həyat keyfiyyəti yaxşılaşıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin