“PM Akademiya” Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığı və “Unibank”ın dəstəyi ilə 4 iyun 2019 tarixində “Landmark” Oteldə  “Ümumi təhsil müəssisələrində psixoloji böhran və ona yanaşma metodları” adlı I Milli Forum keçirilmişdir. Forumda 200 -dən çox təhsil işçisi iştirak etmişdir. İştirakçılar arasında ümumtəhsil müəssisələrində fəaliyyət göstərən direktorlar, direktor müavinləri, məktəb psixoloqları və digər ixtisas müəllimləri iştirak etdilər. Forumda eyni zamanda Bakı Şəhər Təhsil İdarəsi və Sumqayıt Şəhər Təhsil şöbəsinin əməkdaşları iştirak etmişdirlər.

Forumun keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində psixoloji böhran halları və ona müdaxilə etmə qaydaları haqqında iştirakçıların məlumatlandırılması idi. Forumda aşağıdakı məruzələr olmuşdur.

1.      “Bir direktorun gözüylə məktəblərdə psixoloji böhran halı” – Ruhiyyə İbrahimova 155 saylı tam orta məktəbin direktoru

2.       “Psixoloji böhran nədir? Psixoloji böhran zamanı şagirdlərin reaksiyaları” – Psixoloji Konsultant Əziz Kərimov

3.      “Yeniyetməlik dövründə psixoloji böhran (intihar)” – Uzman psixiatr Dr. Fuad Bəşirov

4.      “Psixoloji böhran konsultasiyası. Böhrana müdaxilə texnikaları” – Uzman Psixoloji Konsultant Anar Babayev

5.      “Uşaq və yeniyetmələrdə böhranın qiymətləndirməsi və formulyasiyası” – Uzman Psixoloji Konsultant PhD(c) Maarif Məmmədov

6.      “Psixoloji böhran zamanı məktəbin idarə olunması” – Təhsilin idarə olunması üzrə mütəxəssis PhD(c) Qoşqar Məhərrəmov

Məktəblərdə psixoloji böhran halı, böhran zamanı şagirdlərin reaksiy

aları, uşaq və yeniyetmələrdə böhranın qiymətləndirilməsi, psixoloji böhran zamanı məktəbin idarə olunması ilə bağlı mütəxəssislərin çıxışları forum iştirakçıların mövzularla əlaqəli sualları ilə müzakirələrlə daha da zənginləşmişdir.

Forum nəticəsində ümumi təhsil müəssisələrində psixoloji böhran zamanı məktəblərdə tətbiq olunacaq böhran metodlarının, müdaxilə bacarıqlarının inkişaf etidirilməsinin vacibliyi, praktiki təlimlərlə dəstəklənməsinin vacibliyi həm məruzəçilər, həm də iştirakçılar tərəfindən ortaq fikir olaraq səsləndirilmişdir.

Sonda forumun keçirilməsində dəstək olan qurumlara plaket, iştirakçılara isə sertifikatlar təqdim olunmuşdur.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin