Uşaqların sağlamlığı üçün günəş şüasının qəbulu çox mühümdür – Nəsib Quliyev

0
54

Çimərliyə çox gedən uşaqlar qış mövsümündə daha az xəstələnirlər.

Medicina.az-ın məlumatına görə, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, uşaqların sağlamlığı üçün Günəş şüasının qəbulu çox mühümdür: “Ancaq bunun üçün müəyyən qaydalara riayət etmək lazımdır. İlk növbədə uşaqları istidən, gündən və soyuqdəymədən qorumaq lazımdır.
Bundan əlavə, çimərlik mövsümündə vaxt rejiminə diqqət etmək lazımdır. Birinci növbədə istifadəsinə icazə verilən çimərliklərə getmək lazımdır. Hər kəs bilməlidir ki, istifadəsinə icazə verilməyən çimərliklər uşaqlar üçün çox təhlükəlidir.
Söhbət təkcə çimərliyin ətrafındakı zir-zibildən getmir, o ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsi də yüksək olur. Bu, uşaqlar arasında xəstəliklərın yayılmasına səbəb ola bilər”.

N.Quliyev deyib ki, uşaqları dənizə səhər saat 6-dan 11-ə qədər və axşam 4-dən sonra aparmaq lazımdır.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin