“Pediatriyanın tibbi-sosial aspektləri. Müasir yanaşmaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilir

0
52

İyunun 21-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə birgə “Pediatriyanın tibbi-sosial aspektləri. Müasir yanaşmaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, institutun rektoru, professor Nazim Qasımov Prezident İlham Əliyevin 2014-cü il iyunun 13-də imzaladığı “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncamın indiyə qədər səhiyyə sisteminin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsinə, əhalinin sağlamlığının daha yüksək səviyyədə qorunmasına xidmət edəcək növbəti addım olduğunu bildirib. Proqramda da qeyd olunduğu kimi bu sahədə mühüm nailiyyətlər əldə olunsa da, hələ ana və uşaqların qorunmasında problemlər qalmaqdadır.

Rektor bildirib ki, ölkəmizdə səhiyyənin inkişafı və tibbi yardımların imkanlarının gücləndirilməsi ilə yanaşı, əhalinin tibbi maarifləndirilməsini daha da genişləndirmək vacib hədəflərdəndir. Qohum evliliklərinin ölkəmizdə hələ də qeydə alınması öz növbəsində qüsurlu körpələrin dünyaya gəlməsinə, ana və uşaq sağlamlığında risk faktoruna çevrilməkdədir.

N.Qasımov, ana və uşaqların sağlamlığının qorunması istiqamətində atılan addımlardan da danışıb.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev çıxış edərək ana və uşaqların sağlamlığının daim diqqət mərkəzində olduğunu qeyd edib. Professor, həmçinin Azərbaycanda bu istiqamətdə görülən işlərdən danışıb, atılan addımların öz bəhrəsini verdiyini diqqətə çatdırıb.

Konfrans müxtəlif mövzularda məruzə və müzakirələrlə davam etdirilir.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin