Həkimlər məzun olmalarının 30 illiyini qeyd ediblər

0
549

Azərbaycan Tibb Universitetinin (o vaxtı Azərbaycan Tibb İnstitutu adlanırdı) 1983-1989-cu illərdə təhsil almış “müalicə işi” fakültəsinin tələbələri həkimlərin peşə bayramı ərəfəsində bu təhsil ocağından məzun olmalarının 30 illiyini qeyd ediblər. Bu münasibətlə məzunlar 114 nəfərlik kollektivlə görüş keçiriblər. İlk əvvəl onlar sözügedən universitetin “anatomiya” kafedrasının mühazirə zalında toplanıblar. Phd.dr Nemət Abbasov, dr. Tamilla Əsgərova, dr. Qönçə İzzət, dr.Habil Şirinov, prof.dr Zərraf Şirinov çıxış edərək bu görüşün əhəmiyyətini bir daha vurğulayaraq, illər sonra kollektiv üzvlərinin bir-birilərini görmələri, o vaxtkı xatirələri yada salmalarının çox maraqlı olduğunu ifadə edərək tələbəlik illərini bir daha gözləri önündə canlandırdıqlarını bildirdilər. Bu maraqlı duyğuları bölüşdüklərinə görə iştirak edən hər bir kəsə bir daha təşəkkürlərini ifadə ediblər. Görüşdə dünyasını dəyişmiş tələbə yoldaşları və müəllimlərin də xatirəsi anılıb. Daha sonra tədbir ziyafət məclisi ilə davam edib.

Amil Tağıyev / Snt.az

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin