Tibb təchizatçısının xidmətlərlə bağlı hesabatların təqdim edilməsi qaydası təsdiqlənib

0
65

Nazirlər Kabineti “Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası”nı təsdiq edib.

“Report” xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli Qanunun tətbiqi və “Tibbi sığorta haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1999-cu il 30 dekabr tarixli Fərmanının ləğv edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə “Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası” təsdiq olunub.

Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin