Pasiyentlərin və həkimlərin hüquqları qorunacaq – QANUN HAZIRLANIR

0
81
“Pasiyentlərin və həkimlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanır”.
Medicina.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
Ə.Əmiraslanov yeni qanun layihəsinin yaxın günlərdə ictimai müzakirəyə çıxarılacağını nəzərə çatdırıb: “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsində bütün bu məsələlər əksini tapacaq”.
Qeyd edək ki, deputat Rəşad Mahmudov parlamentdə çıxışında həkimlərin zorakılıqdan qorunmasının zəruri olduğunu bildirib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin