Şəkərli diabetdən əziyyət çəkən 29 yaşlı qıza anasının böyrəyi köçürülüb

0
61

Respublika Müalicəvi Diaqnostika Mərkəzində mürəkkəb böyrəkköçürmə əməliyyatı həyata keçirilib. Uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkən 29 yaşlı xəstə son 10 ildə müntəzəm hemodializ seansları qəbul etməsinə baxmayaraq, vəziyyəti gündən-günə pisləşib. Nəticədə onun üzərində təcili əməliyyat aparılmasına ehtiyac yaranıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyatın mürəkkəbliyi ondan ibarət olub ki, xəstədə iki yaşından xroniki böyrək çatışmazlığı ilə yanaşı, 1-ci tip şəkərli diabet xəstəliyi də müşahidə edilib. Həmin xəstəlik bir çox magistral damarların tamamilə destruksiyasına səbəb olub. Xəstənin anasının donor olduğu həmin əməliyyatı cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərlik etdiyi həkimlər briqadası aparıb.

“Böyrək transplantasiyası özlüyündə böyük məsuliyyət tələb edən əməliyyatdır. Xəstə xroniki böyrək çatışmazlığı ilə yanaşı, şəkərli diabet xəstəliyindən də əziyyət çəkirsə, bu zaman əməliyyatın həyata keçirilməsi daha da çətinləşir. Burada cərrah və nefroloqlardan ibarət yüksəkixtisaslı komanda və müasir tibbi avadanlıqların olması vacibdir. Ağır və mürəkkəb əməliyyatı öz öhdəmizə götürdük, əməliyyat uğurlu alındı və orqanizm köçürülmüş böyrəyi qəbul etdi. Əməliyyatdan sonra xəstənin əhvali-ruhiyyəsi yaxşılaşmağa başladı. Həm xəstə, həm də donor tamamilə yaxşı vəziyyətdə evə yazılıblar. Hazırda köçürülmüş böyrək normal fəaliyyət göstərir”, — deyə cərrah-uroloq məlumat verib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin