Bakıda Azərbaycan travmatoloq və ortopedlərinin III qurultayı keçirilir

0
80

Bakıda Azərbaycan travmatoloq və ortopedlərinin III qurultayı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Gəncə, Sumqayıt, Naxçıvan və ölkənin digər bölgələrindən təqribən 300 travmatoloq və ortoped, habelə Rusiya, Türkiyə və İsraildən dəvət olunmuş mütəxəssislər iştirak edirlər.

Səhiyyə Nazirliyinin baş travmatoloqu, Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İlqar Qasımov bildirib ki, ikigünlük konfrans zamanı mütəxəssislərin travmatologiya və ortopediyanın aktual problemlərinə, travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektlərinə, travmatologiya və ortopediyada innovativ texnologiyalara (osteosintez, endoprotezləşdirmə, artroskopiya və s.), dayaq-hərəkət sistemi xəstəliklərinində şüa diaqnostikasına dair məruzələri dinləniləcək.

Tədbir tematik sessiyalarla davam edəcək.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin