“Neyrocərrahlığın müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

0
102

Mayın 11-də Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının yaranmasının 50 illiyinə həsr olunmuş “Neyrocərrahlığın müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, universitetin Tədris Cərrahiyyə Klinikasında keçiriləcək konfransda iştirak edənlərə Səhiyyə Nazirliyi tərəfindən 10 davamedici tibbi təhsil balı veriləcək.

Konfrans Azərbaycan Tibb Universitetinin əməkdaşları üçün ödənişsiz, kənar həkimlər üçün ödənişlidir.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin