Ukraynada qızılca xəstəliyi hələ də can alır

0
47

2018-ci ilin dekabrın 28-dən 2019-cu ilin mayın 1-nə qədər Ukraynada qızılca xəstəliyindən həlak olanların sayı 16 nəfərə çatıb, bunlardan 3-ü uşaqdır. Bu barədə AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir. Qızılca xəstəliyindən sonuncu ölüm faktı aprelin son günlərində qeydə alınıb. Nəticədə 12 yaşlı qız həlak olub.

Hesabat dövründə Ukraynada 43783 nəfər qızılca xəstəliyinə tutulub. Bunlardan 23424-ü uşaq olub. Bu xəstəlik ən çox Ukraynanın qərb bölgəsində yayılıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin