Ümumdünya Səhiyyə Təşkilatından uşaqlar üçün ekran XƏBƏRDARLIĞI

0
85

5 yaşından kiçik uşaqların gün ərzində 1 saatdan artıq ekran qarşısında oturmamalıdır.

Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

Məlumata əsasən, 2 -4 yaş arasında olan uşaqlar gün ərzində ekran qarşısında 1 saatdan daha az qalmalıdır. ÜST, həmçinin xəbərdarlıq edib ki,  bir yaşından kiçik uşaqlar elektron ekranlardan uzaq tutulmalıdır.  Təşkilat körpələrin gündə ən azı yarım saat qarınları üzərində qalmasını, 1-4 yaş arasındakı uçaqların isə gündə 3 saat fiziki fəaliyyətdə olmasını tövsiyə edib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin