SNT İB “Zirvə” liseyində stomatoloji seminar keçirib

0
140

Xırdalan şəhərində yerləşən “Zirvə” liseyində şagirdər üçün stomatoloji seminar keçirilib. Seminarda “Sağlamlıq Naminə Təbiblər” ictimai birliyinin (SNT İB )idarə heyətinin üzvü, “stom klub”un rəhbəri həkim-stomatoloq  dr.Elşən Əliyev, “ağız boşluğu gigiyenası”  mövzusunda çıxış edib. Vurğulanan mövzular əsasən ağız boşluğu gigiyenasında istifadə edilən vasitələr haqqında məlumat, düzgün diş təmizlənməsi ilə tanışlıq, düzgün diş fırçası və diş məcununun seçilməsi, qeyri-düzgün gigiyena zamanı əmələ gələn xəstəliklər barədə olmuşdur. Daha sonra isə şagirdlərin sualları cavablandırılmışdır. Onu da vurğulayaq ki, bu seminar “dünya stomatoloqlar günü” nə həsr olunub.

Qeyd edək ki, seminarda “Zirvə”liseyinin direktoru Xəzər Babayev, həkim-stomatoloq Ziya Talıbov, SNT İB-in baş katibi Amil Tağıyev, liseyin müəllimləri də  iştirak etmişdir.

“Sağlamlıq Naminə Təbiblər ” ictimai birliyi

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin