Amerikalı professor N.Fazal SNT İB-in qonağı olub

0
250

Artıq dörd aydır ki,Azərbaycanda olan Amerika Birləşmiş Ştatlarının Çikaqo Dövlət Universitetinin professoru, mikrobioloq və immunoloq Nadim(Nadeem)Fazal “Sağlamlıq Naminə Təbiblər” ictimai birliyinin (SNT İB) qonağı olub.

SNT İB-in üzvləri və tərəfdaşlarının iştirak etdiyi görüş ümumi tanışlıq mahiyyəti daşıyıb. SNT İB-in sədri Habil Hüseynov və idarə heyətinin üzvü Teymur Mirzəbəyli qonağa SNT İB-in fəaliyyəti barədə məlumat verib. Daha sonra prof.Nadim Fazal pedaqoji və akademik fəaliyyəti barədə məlumat verərək, fikirlərini bölüşüb. Əsasən, tibbi təhsil, yaşam tərzini immun sistemi ilə əlaqələndirən mövzularda söhbətlər aparılıb. Görüş zamanı Professor Nadim Fazal gələcək əməkdaşlıqlar üçün hazır olduğunu da ifadə edib.

Qeyd edək ki,professor N.Fazal ABŞ Dövlət Departamentinin “Fulbright” proqramı çərçivəsində Azərbaycan Tibb Universitetindədir. O, Tibbi mikrobiologiya və immunologiya kafedralarındakı dərs proseslərini izləyir,müəllim və tələbələrlə görüşərək təcrübəsini paylaşır. Professor N.Fazal eyni zamanda ABŞ-ın İllinoys ştatında yerləşən elmi-tədqiqat axtarış mərkəzi ilə əməkdaşlıq çərçivəsində araşdırmalar aparır.

Onu da bildirək ki, prof.N.Fazal Amerika İmmunologlar Assosiasiyasının, Amerika Mikrobiologiya  Cəmiyyətinin, Amerika Fiziologiya Cəmiyyətinin,  Amerika İnsan Genetikası Cəmiyyəti və Amerika Əczaçılıq Kollecləri Assosiasiyasının üzvüdür.

“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyi

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin