“Kistik Fibroz Xəstəliyinin fenotipik və diaqnostik aspektləri” mövzusunda seminar keçirilib

0
276

“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyi mütəmadi olaraq silsilə maarifləndirici seminarlar təşkil edir.

Bu dəfəki seminar da “Kistik Fibroz Xəstələrinə Yardım” ictimai birliyinin(KİYİB) təşəbbüsü və “Sağlamlıq Naminə Təbiblər”ictimai birliyinin təşkilatçılığı ilə keçirilib. Seminarı giriş sözü ilə açan KİFYİB-in sədri Səadət Bayramova rəhbərlik etdiyi qurumun fəaliyyət tarixindən geniş çıxış edərək iştirakçılara ətraflı məlumat verildi.

Daha sonra isə tibb üzrə fəlsəfə doktoru, pediatr Elnara Qurbanova “kistik fibroz xəstəliyinin fenotipik və diaqnostik aspektləri ” mövzusunda məruzə ilə çıxış etdi. Burada kistik fibroz xəstəliyinin əlamətləri, diaqnostikası və müalicəsi barədə ətraflı danışıb. Məruzənin sonunda mövzunan bağlı suallar səsləndirildi.

Yekunda KİFYİB-in hazırladığı klip iştirakçılara təqdim olunub.

 

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin