31may 2018-ci il tarixində Ağdam rayonunun Bənövşələr qəsəbəsində yerləşən 2 saylı köçkün tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (Şura) maliyyə dəstəyilə “Sağlamlıq Naminə Təbiblər” İctimai Birliyi (SNT İB) tərəfindən “Cəbhəyanı ərazilərdə yaşayan məktəblilərə psixoloji yardımların göstərilməsi” layihəsi çərçivəsində “Duyğular və duyğuları tənzimləmə”mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan SNT İB-in baş katibi Amil Tağıyev layihənin əhəmiyyətindən, faydalılığından bəhs etdi. Sonra isə çıxış edən Şuranın məsul əməkdaşı Həsən Səmədov  təmsil etdiyi qurumun fəaliyyətindən, bütövlükdə bu layihələrin icraatındakı əhəmiyyətindən danışaraq vətəndaş cəmiyyətinin mövqeyinin cəmiyyətin inkişafındakı xidmətindən bəhs etdi.  Həsən Səmədov 2018-ci ilin 1 ci yarım illiyi üçün elan olunmuş müsabiqədə  SNT İB-in də qalib olduğunu və hazırda icra olunan bu layihələrin əhəmiyyətini vurğuladı və həm layihə icraçılarına, həm də məktəblilərə uğurlar arzuladı.

Məktəbin direktor müavini Gülzar Əhmədova bu tədbirin məktəblilər və eyni zamanda müəllimlər üçün vacib olduğunu ifadə edərək faydalı olacağına ümidvar olduğunu bildirdi.

Daha sonra isə psixoloq Maarif Məmmədov mövzu barədə çıxış etdi. Seminarda 8,9,10 və 11-ci sinif şagirdləri, eləcə də müəllim kollektivi də iştirak edirdi. Burada sözügedən ərazinin şəraitinə və məktəbliyə xas yaşana bilən gözlənilən narahatlıqlar, hiss və həyəcan barədə söhbət aparılıb. M.Məmmədov bildirdi ki, cəbhəyanı bölgələrdə( rayonlarda) yaşayan insanların bir çox narahatlıq doğuracaq duyğuların  yaşanması gözləniləndir. İnteraktiv söhbət zamanı bu fikirlər məktəb heyətilə görüşdə də öz təsdiqini tapdı.

Müəllimlər də şagirdlərin xüsusilə aprel döyüşlərində ciddi həyəcan keçirdiklərini ifadə etdilər. Tez-tez atəşkəsin pozulması, silah səslərinin eşidilməsi yaşanılan gərginliyi davam etdirən səbəb olduğunu vurğuladılar. Şagirdlərə vətənpərvərlik hissinin aşılanması üçün çalışmalar həyata keçirdiklərini də ifadə etdilər.

Seminarda duyğuların necə ortaya çıxdığı, mahiyyəti,  duyğuların ifadə formaları haqqında məlumat verildi. Əsas hədəfin duyğuları sağlam şəkildə ifadə etmə bacarığının qazandırılması istiqamətində olmasının əhəmiyyəti iştirakçılara çatdırıldı.

Şagirdlərlə bir neçə nümunə hadisə üzərində yaşanılan duyğu və ortaya çıxan davranış analiz olunaraq yeni çıxış yollarının tapılması ilə fərqli baxış formalaşdırılmağa çalışıldı. Onların yaşadıqları duyğuları tanıması və fizioloji reaksiyaları nəzərə alınaraq duyğuları tənzimləmə texnikaları paylaşıldı. Sonda şagirdlərin sualları cavablandırıldı.Seminardan sonra şagird və müəllimlərə fərdi konsultasiya xidmətləri də verildi.

Bu seminarın keçirilməsində  məqsəd şagirdlərin duyğularını tanımalarına və o duyğuları düzgün ifadə etmələrinə kömək etməkdən ibarətdir.


Warning: A non-numeric value encountered in /usr/www/users/presscqg/sntaz/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin