Ağdam rayonunun 1-ci Sarıcalı kənd tam orta məktəblilərinə psixoloji seminarlar verilib

0
751

01 iyun 2018-ci il tarixində Ağdam rayonunun 1-ci Sarıcalı kənd tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (Şura) maliyyə dəstəyilə “Sağlamlıq Naminə Təbiblər” İctimai Birliyi (SNT İB) tərəfindən “Cəbhəyanı ərazilərdə yaşayan məktəblilərə psixoloji yardımların göstərilməsi” layihəsi çərçivəsində “Duyğular və duyğuları tənzimləmə”mövzusunda seminar keçirilib.

Məktəbin direktoru Aybəniz Məhərrəmova belə bir seminarın keçirilməsini ümumilikdə məktəblilər və eyni zamanda müəllimlər üçün faydalı olacağını bildirdi. Xüsusilə aprel döyüşlərində  sakinlərin ciddi həyəcan keçirdiklərini, bunun da müəyyən psixoloji gərginliyə səbəb olmasını vurğuladı. Hətta Ermənistan Silahlı Qüvvələri  tərəfindən atılan mərminin məktəbin binasına düşdüyünü də qeyd etdi. Bu kimi hallar kənd sakinlərinin eləcə də məktəblilərin də narahatlığına səbəb olub. Psixoloji söhbətlərin faydalı olacağına ümidvar olduğunu bildirərək təşkilatçılara təşəkkür etdi.

Daha sonra isə psixoloq Maarif Məmmədov mövzu barədə çıxış etdi. Seminarda 8,9,10 və 11-ci sinif şagirdləri iştirak edirdi. Burada sözügedən ərazinin şəraitinə və məktəbliyə xas yaşana bilən gözlənilən narahatlıqlar, hiss və həyəcan barədə söhbət aparılıb. M.Məmmədov bildirdi ki, cəbhəyanı bölgələrdə (rayonlarda) yaşayan insanların bir çox narahatlıq doğuracaq duyğuların  yaşanması gözləniləndir. İnteraktiv söhbət zamanı bu fikirlər məktəb heyətilə görüşdə də öz təsdiqini tapdı. Məktəblilərlə görüşdə digər psixoloqlar Anar Babayev və Nərmin Osmanlı da iştirak edərək mövzu barədə fikirlərini bölüşüblər.

Seminarda duyğuların necə ortaya çıxdığı, mahiyyəti,  duyğuların ifadə formaları haqqında məlumat verildi. Əsas hədəfin duyğuları sağlam şəkildə ifadə etmə bacarığının qazandırılması istiqamətində olmasının əhəmiyyəti iştirakçılara çatdırıldı.

Şagirdlərlə bir neçə nümunə hadisə üzərində yaşanılan duyğu və ortaya çıxan davranış analiz olunaraq yeni çıxış yollarının tapılması ilə fərqli baxış formalaşdırılmağa çalışıldı. Onların yaşadıqları duyğuları tanıması və fizioloji reaksiyaları nəzərə alınaraq duyğuları tənzimləmə texnikaları paylaşıldı. Sonda şagirdlərin sualları cavablandırıldı. Seminardan sonra şagird və müəllimlərə fərdi konsultasiya xidmətləri də verildi.

Bu seminarın keçirilməsində  məqsəd şagirdlərin duyğularını tanımal

arına və o duyğuları düzgün ifadə etmələrinə kömək etməkdən ibarətdir.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin