17 may 2018-ci il tarixində Ağdam rayonunun Baharlı-1 qəsəbə tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlamlıq Naminə Təbiblər” İctimai Birliyi tərəfindən “Cəbhəyanı ərazilərdə yaşayan məktəblilərə psixoloji yardımların göstərilməsi ” mövzusunda seminar keçirilib. Seminardan əvvəl görüşdə məktəbin direktoru Elməddin Məmmədli bu layihənin çox əhəmiyyətli olduğunu vurğulayaraq həm şagirdlər, həm müəllimlər üçün faydalı olacağını bildirdi. Məktəbdə psixoloq vəzifəsinin vakant olduğunu da nəzərə alaraq belə bir layihəninməktəb üçün əhəmiyyətli olacağını ifadə etdi.

“Motivasiya və effektli dərs oxuma metodu” barədə psixoloq Anar Babayev çıxış edərək  şagirdlərlə bu barədə interaktiv söhbət aparıb.  Seminarda daha çox IX, X, XI sinif şagirdləri  iştirak edib. Seminarda məktəblilərə dərs oxumağın mahiyyəti, təhsilin insan həyatında yeri və mövqeyi, uğur qazanmaq üçün effektiv metodların seçimi və potensial imkanları qiymətləndirə bilmək üsulları barədə mövzular ətrafında danışılıb. Məqsəd məktəblilərin dərsə daha da həvəsli və qarşısına hədəf qoyub effektli dərs oxumalarını mənimsətməkdən ibarətdir. Seminarda məktəbin müəllimləri Rasim Quliyev,  Xaliq Gərayev, direktor müavini Təhminə Adafova da iştirak etmişdir.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin