XƏSTƏLƏR NİYƏ XARİCƏ ÜZ TUTUR?

0
981

İllərdir ki, Azərbaycan əhalisi müalicə üçün başda İran olmaqla qonşu ölkələrə üz tuturlar. Səbəb isə aydındır, bu ölkələrdə səhiyyə xidmətləri və dərman dəfələrlə ucuz və keyfiyyətlidir. Qonşu ölkələrin mütəxəssislərinə güvən daha çoxdur. Rəsmi qurumlar bu kimi halların azaldığını desələr də, əhali ilə aparılan sorğularda vəziyyətin hələ də acınacaqlı olduğu görünür. Xəstələr müxtəlif tibbi səhvlərlə: diaqnostik, müalicəvi, texniki, təşkilati, dərman preparatlarının düzgün və ya lazımi dozada təyin edilməməsi və s. səhvlərlə üzləşirlər.

Belə ki, bəzi “həkimlər” ya bilərəkdən və ya peşəkarlığın lazımı səviyyədə olmamasından xəstələrə düzgün diaqnoz qoymur. Uzun sürən müalicənin nəticəsiz qalması və xəstələrin müflisləşməsi bu prosesə təkan verən əsas səbəblərdən biri olur. Kütləvi informasiya vasitələrində gedən xəbərlər vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir. Həkim sağlam ayağı kəsir, sağlam dişi çəkir, 4 həfətlik hamilə olan qadını hamilə qalması üçün müalicə edir. Bu siyahını uzatmaq olar. Digər səbəb isə dərmaların keyfiyyətinin aşağı olmasıdır. Sadaladığım bu kimi neqativ hallar  əhalidə səhiyyə xidmətimizə qarşı güvənsizlik əmələ gətirir.

Mən düşünürəm ki, Səhiyyə Nazirliyi və digər cavabdeh dövlət qurumları işini layiqincə görməyən, xəstələrə pul kisəsi kimi baxan “həkimlər” və olanlara göz yuman məmurlar barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görməli, nəzarəti artırmalıdır.

Azər Baxşaliyev / Əczaçı ekspert

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin