“Sağlam ürək, sağlam həyat!” şüarı altında veloyürüş keçiriləcək

0
382

Sentyabrın 29-da “Dünya Ürək Günü” münasibətilə “Sağlam ürək, sağlam həyat!” şüarı altında veloyürüş keçiriləcək. Veloyürüş Heydər Əliyev Mərkəzi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzi və Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur.

RMDM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi sağlam həyat tərzi, eləcə də müxtəlif yaş qrupuna aid insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etməkdir. Veloyürüşdə rəsmi dövlət nümayəndələri, ictimai xadimlər, sığorta təşkilatlarının nümayəndələri, Respublika Müalicəvi Diaqnostika Mərkəzində əməliyyat olunmuş və kardioreabilitasiyadan keçmiş şəxslər həkimləri ilə birgə iştirak edəcəklər.

“Azneft dairəsi”ndən saat 10:00-da başlanacaq veloyürüş Heydər Əliyev Mərkəzinin yanında yekunlaşacaq.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin