Hormanal qidalar və iqlim dəyişikliyi erkən yeniyetməliyə səbəb olur

0
718

Kimyəvi maddələr də erkən yeniyetməliyə yol aça bilər

Organik olaraq istehsal olunmayan horman və qatqı maddələri ilə becərilən meyvə-tərəvəz erkən yeniyetməliyə səbəb olur. Türkiyədə son 10 ildə diqqət çəkən erkən yeniyetməlik problemi, qız uşaqlarında daha çox müşahidə olunmağa başlanılıb. Bu mövzu ilə əlaqədar danışan Qadın xəstəlikləri, doğum və süni mayalanma üzrə  mütəxəssis, dosent Çağcıl Yetim, erkən diaqnoz və müalicə ilə yeniyetməliyin dayandıra biləcəyini ifadə edərək “ düzgün və dəqiq diaqnozdan  sonra erkən yeniyetməlik dayandırıla bilər ” dedi. O, bundan əlavə, eyni zamanda qatqı maddələri qədər təsirli olmasa da olmasa da iqlim dəyişikliyi, fiziki şərtlər, istifadə olunan plastik ləvazimatların da  erkən yeniyetməliyə yol aça biləcəyini dedi. Aparılan tədqiqatlar, alınan qidalar içində tapılan hormon və qatqı maddələrinin uşaqlarda erkən yeniyetməliyə səbəb olduğunu göstərir. Təbii yollarla becərilmədiyi üçün pomidor, çiyələk, göyərti, alma, portağal və digər meyvə-tərəvəz məhsulları, hormonal böyüdülən heyvanların ətləri və yumurtalar; erkən yeniyetməliyə səbəb olur. Mütəxəssislər, erkən yeniyetməliyə qız uşaqlarında daha çox rastlandığını ifadə edirlər. Yeniyetməliyə xas xüsusiyyətlərin daha erkən başlandığı bu deyilənləri əsaslandırır.  Eyni vəziyyət oğlanlarda müşahidə oluna bilər. Qoltuq altında tüklənmə, səsdə qalınlaşma, vücud əzələ sisteminin inkişafı  və yetkin görünməyə səbəb hal kimi müşahidə olunarsa bu erkən yeniyetməliyi göstərən əlamətlərdir.

Yeniyetməlik nədir?

Yeniyetməlik, uşaqlıqdan yetkinlik dövrünə atılan addımdır. Normal şərtlər çərçivəsində yeniyetməlik qızlarda 8-13, oğlanlarda isə 9-14 yaş arasıdır. Əgər yetkinliyə aid əlamətlər qızlarda 8, oğlanlarda 9 yaşından əvvəl müşahidə olunursa bu, erkən yetkinlik yaşının başlanması deməkdir.

İqlim dəyişikliyi  də təsiredicidir

Aparılan tədqiqatlara görə, aldığımız qidaların içində olan hormonal və qatqı maddələrinin uşaqlarda erkən yeniyetməliyə səbəb olduğunu göstərdiyini vurğulayan Çağcıl Yetim, “eyni zamanda qatqı maddələri qədər olmasa da iqlim dəyişiklikləri, fiziki şərtlər, istifadə olunan plastik  ləvazimatların içindəki kimyəvi təsirlər də erkən yeniyetməliyə səbəb olur”. Köklüyün də qız uşaqlarında erkən yeniyetməliyə səbəb olduğu bilinməktədir. “Fast-food” tərzi və süni sənaye məhsulları  ilə bəslənmə vərdişləri bədəndəki yağlılıq faizini artıraraq erkən yetkinliyə səbəb ola bilər” –deyə bildirib. O, erkən yetkinliyə səbəb olan uşaqların kökəlməməsi üçün daha keyfiyyətli, sağlam qidalanmanın və idmanla məşğul olmağın da təşviq edilməsini vurğulayıb.

Müalicəsi barədə..

Dr. Çağcıl Yetim, erkən yeniyetməlik problemində həlli yolu olaraq endokrinoloq, ginekoloq və psixoloqun nizamlı yanaşması ilə mümkün olduğunu qeyd etdi. O, düzgün diaqnozdan sonra vəziyyətin nəzarətdə saxlanılaraq müalicə aparılmasını məqsədə uyğun sayır. Onun fikrincə, normal yeniyetməlik yaşı gözlənilərək, həmin dərmanlar dayandırılaraq yeniyetməliyin inkişafına icazə verilər. Qidalanma vərdişini və istifadə olunan ləvazimatları da yenidən gözdən keçirmək mühümdür.

 

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin