Dövlət Sərhəd Xidməti tərəfindən mütəmadi olaraq kimsəsiz uşaqların dünyagörüşünün artırılmasına, onların vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə müsbət təsir göstərən xeyriyyəçilik tədbirləri həyata keçirilir, uşaqlar üçün mütəmadi olaraq şənliklər təşkil edilir. Onlar Bakı Dövlət Sirkində, müxtəlif mədəniyyət ocaqlarında təşkil edilmiş tamaşalara və konsertlərə aparılırlar.

Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi ilə Dövlət Sərhəd Xidmətinin çoxillik əməkdaşlığı mövcuddur. Bu əməkdaşlığın nəticəsidir ki, məktəbi bitirən kimsəsiz uşaqlar Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrində xidmətə qəbul edilirlər. İnternat məktəbində ixtisaslaşmış musiqi bilikləri alan, məktəbdə fəaliyyət göstərən kiçik nəfəsli alətlər orkestrinin tərkibində təcrübə qazanan gənclər peşəkarlara çevrilir, dövlət sərhədlərimizin mühafizəsini şərəflə qoruyan hərbi qulluqçular qarşısında vətənpərvərlik mahnılarını, xalq musiqilərini, müasir bəstəkarların əsərlərini ustalıqla ifa edirlər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin Nümunəvi Hərbi Orkestri və “Sərhədçi” vokal-instrumental ansamblı 2 nömrəli ümumi orta internat məktəbinin müəllim və şagird kollektivi qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdən sonra Dövlət Sərhəd Xidmətində xidmət edən məktəbin məzunları şagirdlərlə söhbətlər aparıb, sərhədlərimizin mühafizə olunmasının əhəmiyyətindən, hərbi orkestrdə yaradılmış şəraitdən danışıblar.

Tədbirin sonunda şagirdlərə hədiyyələr təqdim olunub.

 


Warning: A non-numeric value encountered in /usr/www/users/presscqg/sntaz/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin