Cərrah: “Ötən il ölkədə intihar məqsədilə özünü yandıran kişilərin sayı daha çox olub”
“Hər il ölkədə intihar məqsədi ilə özünü yandırma halları qeydə alınır”.

APA-nın xəbərinə görə, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin həkim-cərrahı Ülviyyə Zeynalova bildirib. O deyib ki, bu hallar qadınlar arasında üstünlük təşkil etsə də, ötən il kişilərdə intihar məqsədilə özünü yandırma halı daha çox olub.

Şöbənin həkim-cərrahı Həmzə Əzizbəyov isə bildirib ki, bədən səthinin sahəsinə görə yanıqlar müxtəlif qruplara bölünür. Onun sözlərinə görə, 10-20 faiz sahəsi olan yanıqlar məhdud, 20-40 faiz sahəsi olanlar geniş yayılmış, 40-60 faiz sahəsi olanlar həyatla çətin uyuşan, 60 faizdən yuxarı sahəsi olan yanıqlar isə həyatla bir araya sığışmayandır: “Klinikaya daxil olan xəstələrin 56,5 faizi 60 faizdən yuxarı yanıqlar, 23,4 faizi 40-60 faiz yanıqlar, 13,9 faizi 20-40 faiz yanıqlar, 6,2 faizi isə 20 faizə qədər yanıqlarla əlaqəli olub. Yanıqlar nəticəsində dəri tamlığının bərpası üçün autodermoplastika (dəri köçürülməsi) əməliyyatı aparılır”.

H. Əzizbəyov əlavə edib ki, yanıq xəsarəti alanlara ilkin yardım zamanı kənar maddələrin – diş pastası, tomat, sidik, duru yağların vurulması yolverilməzdir. Onun sözlərinə görə, ilkin mərhələdə yanıqlara soyuq məhlullar – buz, axar suyun altında saxlama tətbiq edilsin, ağrıkəsicidən istifadə olunsun, antiseptik məhlullarla həmin nahiyələrə yüngül sarğı qoyularaq, həkimə müraciət edilsin.

Görüntünün olası içeriği: 1 kişi


Warning: A non-numeric value encountered in /usr/www/users/presscqg/sntaz/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin