Dünyada hər il 8,8 milyon insan bir qayda olaraq gecikmiş mərhələlərdə aşkar olunan onkoloji xəstəliklərdən dünyasını dəyişir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi saytında məlumat yerləşdirilib.

ÜST-nin yeni hesabatı hər il fevralın 4-də qeyd olunan Beynəlxalq Onkoloji Xəstəliklərlə Mübarizə Günü münasibəti ilə dərc olunub.

Təşkilat ekspertləri ayrıca diqqəti xərçəngin erkən diaqnostikası probleminə yönəldirlər, çünki onkoloji xəstəliklərin əksər növləri erkən mərhələdə aşkar edildiyi zaman demək olar ki, tam müalicə olunandır.

Yüksək ölüm halları bir qayda olaraq xəstəliyin artıq 3 və 4-cü mərhələlərdə aşkar olunmasıdır.


Warning: A non-numeric value encountered in /usr/www/users/presscqg/sntaz/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin