Tropik ağ ciyər ezoinofiliyası mikrofilyariya helmintinin və yumurta formasının sonrakı miqrasiyası ilə törədilir.Xəstəliyin əsas təzahürləri aşağıdakılardır:
* ağır bronxial astma tutmaları
* bədən tempraturunun yüksəlməısi
* baş ağrısı,iştahanın olmaması,arıqlama,tərləmə
* selikli çətinayrılan bəlğəmli öskürək
* qarında dəqiq lokalizasiyası olmayan deşici ağrılar
* dəri səpgiləri
* limfa düyünlərinin böyüməsi
Milli.Az immunitet.az-a istinadən bildirir ki, rentgenoloji müayinə zamanı ağ ciyərlərdə irinli,infiltirativ ocaqlar,disseminasiyalı dəyişikliklər aşkar edilir.Xəstəlik zamanı qanda eozinofiliya,yalançı müsbət Vasserman reaksiyası aşkar edilir ki, bu da diaqnozun qoyulmasında yardımçı olur.Xəstəliyə diaqnozun qoyulmasında rentgen, laborator analizlərdən başqa anamnezin də toplanması vacib faktorlardan hesab edilir.Belə ki bu xəstəliyə ən çox Cənub-Şərqi Asiya,Hindisatan və Pakistan əhalisində rast gəlinir.


Warning: A non-numeric value encountered in /usr/www/users/presscqg/sntaz/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin