Şəkərli Diabet

0
296

1Bildiyimiz kimi Şəkərli Diabet mütləq şəkildə müalicə və daim kontrolda saxlanılmalı olan bir xəstəlikdir. Aşkarlandığı ilk andan etibəran pasient, mütəxəssis endokrinoloqla görüşüb, ətraflı müayinələrdən keçib, davamlı bir müalicəyə başlamalıdır və Mütəmadi olaraq müayinələrdən keçməlidir. Çünki Şəkərli Diabet kontrolsuz qaldığı halda orqanizmdə bir sıra ağırlaşmalara səbəb olur. Xüsusilə də damar tıxanması, kirəclənməsi problemləri yaradır. Damarlarımız xəsarət aldıqca, qanda xolesterol səviyyəsi yüksəlir, ürək-damar problemləri, böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı kimi ağırlaşmalar başlayır. Bu xəstəliklər öz növbəsində həyati təhlükə daşıyır. Bu səbəbdən həkim müayinəsi və müalicələrinə olduğu kimi riayət etmək, qidalanmağımıza fikir vermək və hər gün ən az 30 dəqiqə piyada gəzmək lazımdır.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin