Bakı əhalisinin yarıdan çoxu düzgün qidalanmır!

0
415

Uzun zamandır “Danone” MMC və Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının təşkilatçılığı ilə Bakı şəhərindəki dövlət xəstəxanaları və poliklinikalarında keçirilmiş tədqiqatın nəticələri açıqlanıb.

Tədqiqatın nəticələri “Sağlam qidalanma və kliniki tədqiqat” mövzusunda keçirilən mətbuat konfransında açıqlanıb.

Konfransda Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, Mərkəzi Neftçilər Xəstəxanası terapiya şöbəsinin müdiri Ədalət Abdullayev və “Danone” MMC-nin səhiyyə məsələləri üzrə meneceri Janetta Yeremeyeva iştirak ediblər.

Bir ay ərzində həzm sistemi və köpmə problemlərinin tədqiqi Bakıda 10 xəstəxana və poliklinikada (Mərkəzi Neftçilər xəstəxanası, 1, 4, 5, 6, 8, 26 saylı şəhər poliklinikaları, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Beynəlxalq Hava Limanının Aviasiya poliklinikası və Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası) 366 şəxs arasında aparılıb.

Bir ay davam edən layihədən sonra 18-72 yaş arası Bakı sakinlərindən 10 nəfərdən 7-nin pis qidalandığı, konkret olaraq isə düzgün qidalanma rejiminə riayət etməməsi, gün ərzində lazım olan miqdarda maye içməməsi və həzm prosesinə mənfi təsir göstərən digər amillər aşkarlanıb.

Layihə çərçivəsində iştirakçılara “Aktivia” məhsulları təqdim olunub.

Əhali arasında düzgün qidalanma ilə bağlı maarifləndirici işlərin aparılmasının vacibliyindən danışan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının sədri Gülnarə Ağayeva bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb.

“Rəyi soruşulanların, demək olar ki, 90%-də bağırsaq tranziti sürətlənib, köp və qaz əmələ gəlmə simptomları azalıb, bağırsaq narahatlığı simptomu əhəmiyyətli dərəcədə azalıb və tamamilə keçib gedib. Beləliklə, əldə olunan nəticələrə əsasən, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyası bağırsaq narahatlığı simptomları olan pasiyentlərə “Aktivia” məhsullarından istifadəni tövsiyə edir”.

Layihə həzm sistemi problemlərinin tədqiq edilməsi terapiya şöbəsinin müdiri Ədalət Abdullayevin rəhbərliyi ilə aparılıb. Tədqiqat barədə ətraflı məlumat verən Ədalət Abdullayev bildirib ki, layihədə iştirak edənlərin 76%-nin düzgün qidalanmadığı aşkar olunub. Həmin şəxslərin gündə 1 qab “Aktivia” qəbul etməklə 14 gündən sonrakı nəticələri bu cür olub: qəbizliyə meylli bağırsağın funksional pozulması problemi olan 89% şəxs yeməkdən sonra vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını, müvafiq olaraq 97% və 95% şəxs köpmə hissinin olmadığını və qaz əmələ gəlmədiyini, 95% şəxs “Aktivia” qəbul etdikdən sonra həzm prosesinin ümumi olaraq yaxşılaşdığını və “Aktivia”nın effektiv olduğunu qeyd edib.

Konfransda çıxış edən “Danone” MMC-nin səhiyyə məsələləri üzrə meneceri Janetta Yeremeyeva həzm problemləri və onların həlli yollarından danışıb. Belə ki, “Aktivia”nın həzm prosesinə təsirini öyrənmək məqsədilə tədqiqatda iştirak edən şəxslərə 14 gün ərzində “Aktivia” məhsullarından istifadə etmələri təklif olunmuşdur. Nəticədə “Aktivia”dan 8 gün istifadədən sonra köp problemlərinə, 14 gün istifadədən sonra mədə-bağırsaq sisteminin işləməsinə müsbət təsir göstərdiyi müəyyən edilib.

Qeyd edək ki, əsası 1919-cu ildə qoyulan “Danone” hal-hazırda süd məhsulları, uşaq qidaları, sular və tibbi qidalar istehsalı üzrə ixtisaslaşmışdır. Missiyası “mümkün qədər çox sayda insana qida məhsulları vasitəsi ilə sağlamlıq bəxş etmək” olan şirkətin dünyada 190 istehsal zavodu və 102 minə yaxın işçisi var. Azərbaycan bazarında ilk dəfə 2002-ci ildə “Danone” məhsullarına rast gəlinmişdir. 2006-cı ildən isə “Danone” nümayəndəliyi Bakıda fəaliyyətə başlamışdır

 


Warning: A non-numeric value encountered in /usr/www/users/presscqg/sntaz/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin